Bank Of Baku

AXCP-nin qurultayı bu il keçirilməyə bilər

AXCP-nin qurultayı bu il keçirilməyə bilər
# 13 sentyabr 2007 14:09 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayına hazırlıq məqsədi ilə partiyanın yerli təşkilatlarının konfransları keçiriləcək. Partiya sədrinin müavini Nurəddin Məmmədlinin APA-ya verdiyi məlumata görə, konfransların başlaması üçün hazırlıq işləri yekunlaşıb və qarşıdakı aylarda bu prosesə start veriləcək. Sədr müavini bildirib ki, konfranslarda yerli təşkilatların yeni rəhbərliyi formalaşacaq və qurultaya nümayəndələr seçiləcək. O qurultayın bu ilin sonunda keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, 2008-ci ilə qala biləcəyini də istisna etməyib: “Bu da bizdən asılı olan məsələ deyil. Çünki biz iki ay müddətində konfransları başa çatdırıb qurultayı keçirə bilərik. Amma hakimiyyətin qurultay üçün yer ayırıb-ayırmayacağı bəlli deyil. Bu amilə görə qurultay gələn ilə qala bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR