Bank Of Baku

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Gürcüstanda yaşayan azərbaycanlıların folklor qrupu yaradılır

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Gürcüstanda yaşayan azərbaycanlıların folklor qrupu yaradılır
# 13 sentyabr 2007 14:17 (UTC +04:00)
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Gürcüstanda yaşayan azərbaycanlıların yüksək səviyyəli folklor qrupu yaradılır. Qrupu peşəkar xoreoqraf və lazımi geyimlərlə təmin etməyi Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu öz üzərinə götürüb. APA-nın məlumatına görə, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva sentyabrın 14-16-də Gürcüstana edəcəyi səfər çərçivəsində bu sahədə aparılan işlərlə maraqlanacaq. Eyni zamanda millət vəkili Heydər Əliyev Fondunun departament rəhbəri kimi Fondun Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif uşaqlarına hədiyyə etdiyi məktəbli çantası və dərs ləvazimatlarını da təqdim edəcək. Qənirə Paşayeva Gürcüstan rəsmiləri - təhsil naziri, qubernator və digərləri ilə görüşlər keçirəcək, bölgələrə, kəndlərə səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR