Bank Of Baku

Oqtay Əsədov Avropa İttifaqının nümayəndə heyətini qəbul edib

Oqtay Əsədov Avropa İttifaqının nümayəndə heyətini qəbul edib
# 13 sentyabr 2007 14:20 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Mari Ann İzler Beqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycanın mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sisteminə öz layiqli töhfəsini verdiyini söyləyən spiker rəsmi Bakının Avropa İttifaqının TRACECA və İNOGATE kimi layihələrində fəal iştirak etdiyini bildirib. O, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin inteqrasiya proseslərinə böyük maneçilik törətdiyini vurğulayıb: “Biz problemin beynəlxalq hüquq müstəvisində həllinə tərəfdarıq. Bu cür münaqişələr Cənubi Qafqaz evinin yaradılması və Avropa təhlükəsizlik arxitekturası üçün böyük təhlükədir”.
Mari Ann İzler Beqin isə təmsil etdiyi qurumun Azərbaycanın avroatlantik məkana inteqrasiyası məqsədilə gələcəkdə də yardımlar göstərəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR