Bank Of Baku

Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb

Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb
# 13 sentyabr 2007 14:44 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri xanım Mari Ann İsler Beqinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklərdən söhbət açan nazir məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycanın Avropa İttifaqı ilə fəal əməkdaşlığını vurğulayan xanım Beqin Milli Məclisdə keçirilən Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin VIII iclası ilə bağlı təəssüratlarını bölüşüb, açıq və faydalı müzakirələrin aparıldığını bildirib. Görüşdə əməkdaşlıq məsələləri, söz və mətbuat azadlığı, jurnalistlərlə bağlı və digər mövzular müzakirə edilib. Nümayəndə heyəti üzvlərinin arzusuna əsasən, tədbirdən sonra onların penitensiar müəssisələrə baş çəkməsinə şərait yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR