Bank Of Baku

MSK gələn ay aşağı seçki dairələri üçün kurslara başlayacaq

MSK gələn ay aşağı seçki dairələri üçün kurslara başlayacaq
# 13 sentyabr 2007 16:18 (UTC +04:00)
Oktyabr ayı müddətində Dairə Seçki Komissiyalarının (DSK) üzvləri üçün Bakıda kurslar başlayacaq. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı” ilə bağlı sərəncamına uyğun olaraq MSK-nın üzərinə vəzifələr qoyulub: “Həmin sərəncam birbaşa olaraq bir sıra dövlət qurumlarına aiddir. Mərkəzi Seçki Komissiyası müstəqil orqan olmasına baxmayaraq, bizim üçün də sərəncamda tövsiyələr nəzərdə tutulub. Biz aşağı seçki komissiyaları üçün maarifləndirmə işləri aparmalıyıq. Bununla bağlı MSK-da fəaliyyət planı ətraflı müzakirə olunub, tədris planı hazırlamaq üçün qruplar yaranıb, tədris planı təsdiq olunub. Amma digər məsələlər ortaya çıxdığı üçün neçə vaxtdır bu kursları keçirə bilmirik. İl başa çatana kimi bu kursları mütləq keçirməliyik, gələn ilə saxlanıla bilməz. Çünki gələn başqa kurslar olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR