Bank Of Baku

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş gələn ay Düşənbədə keçirilə bilər

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş gələn ay Düşənbədə keçirilə bilər
# 14 sentyabr 2007 10:20 (UTC +04:00)
APA-nın “Panarmenian” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan məlumat verib: “Prezidentlərin növbəti dəfə görüşmək ehtimalı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərindən asılıdır. Eyni zamanda görüşmək xətrinə görüşmək mənasız işdir”. Qeyd edək ki, sabah ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayır. Həmsədrlər İrəvan, Xankəndi və Bakıda olacaqlar. Viktor Soqomonyan səfərin sırf işçi xarakteri daşıdığını bildirib: “Hazırlanan sənədin üzərində iş davam edəcək. Yeni heç nə gözlənilmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR