Bank Of Baku

Müsavat Partiyası Bakının azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib

Müsavat Partiyası Bakının azad olunmasının ildönümü ilə bağlı tədbir keçirib
# 14 sentyabr 2007 11:18 (UTC +04:00)
Müsavat Partiyasının qərargahında Bakının rus-erməni işğalçılarından azad olunmasının növbəti ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə partiyanın rəhbərliyi, ziyalılar və Türkiyə səfirliyinin nümayəndələri iştirak ediblər. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 1918-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edildiyini və bunun Azərbaycan tarixində mühüm rol oynadığını bildirib. A. Hacılı məhz bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürüldüyünü xatırladıb. Müsavat başqanı İsa Qəmbər isə 15 sentyabrın türk birliyinin rəmzi olduğunu vurğulayıb. Tarix boyu xarici qüvvələrin Bakını Azərbaycandan ayırmağa çalışdığını söyləyən İ. Qəmbər 1918-ci ildə Bakının paytaxt elan olunması ilə bu cəhdlərin qarşısının birdəfəlik alındığını qeyd edib. Partiya başqanının müavini, professor Qabil Hüseynli isə Bakının azad olunmasının milli istiqlala bərabər hadisə olduğunu deyib. Tədbirdə partiya rəhbərliyində təmsil olunan digər şəxslər və qonaqlar da çıxışlar ediblər. Sabah Müsavat Partiyasının fəalları Bakının qurtuluşu zamanı şəhid olmuş türk əsgərlərinin xatirəsinə Şəhidlər Xiyabanında ucaldılmış abidəni ziyarət edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR