Bank Of Baku

MSK-nın şöbə müdiri Strasburqa səfər edəcək

MSK-nın şöbə müdiri Strasburqa səfər edəcək
# 14 sentyabr 2007 12:39 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov sentyabrın 18-də Strasburqda keçiriləcək Avropa Seçki Rəsmiləri Assosiasiyası Baş Assambleyasının illik yığıncağında iştirak edəcək. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu məqsədlə R. Qasımov Strasburqa yola düşəcək. O, səfər çərçivəsində sentyabrın 19-da həmin qurum tərəfindən “Seçki iştirakçılarının peşəkarlığının artırılması” mövzusunda keçiriləcək konfransa qatılacaq. Sentyabrın 20-21-də isə Strasburqda Seçki İdarəetmə Qurumlarının IV Avropa Konfransı keçiriləcək. Tədbir Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunacaq. Konfransın əsas mövzusu “Seçkilər zamanı baş verən qanun pozuntularına qarşı mübarizə - Şikayətlərə baxılma proseduru”dur. Konfransda bir sıra Avropa ölkələrinin müvafiq qurumlarının nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Avropa Seçki Rəsmiləri Assosiasiyası 1991-ci ildən fəaliyyət göstərir, hazırda 21 ölkə qurumun tamhüquqlu üzvüdür. Azərbaycan Mərkəzi Seçki Komissiyası 2002-ci ildən bu təşkilata üzv olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR