Bank Of Baku

MSK-nın nümayəndə heyəti Ukraynada keçiriləcək seçkiləri müşahidə edəcək

MSK-nın nümayəndə heyəti Ukraynada keçiriləcək seçkiləri müşahidə edəcək
# 14 sentyabr 2007 12:46 (UTC +04:00)
Ukraynada sentyabrın 30-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti sentyabrın 28-dən oktyabrın 1-dək Kiyevdə səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinə qurumun sədri Məzahir Pənahov rəhbərlik edəcək. Seçkiləri müşahidə etmək üçün bir müddət əvvəl Ukrayna MSK-sı Azərbaycan MSK-ya dəvət göndərib. Mətbuat xidmətindən bildirilib ki, bu səfər həm də sözügedən MSK-lar arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən həyata keçirilir. Bundan başqa, MSK-nın digər nümayəndəsi ATƏT-in qısamüddətli müşahidə missiyasının tərkibində Ukraynada keçiriləcək seçkiləri müşahidə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR