Bank Of Baku

Xələf Xələfov Avropa Şurasının ekspertlərini qəbul edib

Xələf Xələfov Avropa Şurasının ekspertlərini qəbul edib
# 14 sentyabr 2007 13:40 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan Avropa Şurasının Milli Azlıqların müdafiəsi haqda Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndələrini qəbul edib. Bu barədə APA-ya XİN Mətbuat Mərkəzindən məlumat verilib. Nazir müavini Azərbaycanın Avropa Şurası ilə dialoqa və bu dialoq daxilində prioritet məsələ kimi insan hüquqları və demokratikləşmə məsələlərə ciddi önəm verdiyini diqqətə çatdıraraq, AŞ çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün normativ-hüquqi mexanizmlərin yaradılması və bu mexanizmlərdə iştirakda maraqlı olduğunu qeyd edib. Komitə üzvləri səfərin təşkilinə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, ölkəmizdə dövlət rəsmiləri ilə keçirdikləri görüşlərdən məmnunluqlarını ifadə ediblər. Komitənin müstəqil ekspertləri kimi, monitorinqlə məşğul olduqlarını və səfərdə də məqsədlərinin Azərbaycanın bu sahədə özəlliyini, ölkəmizdə milli azlıqların hüquqlarının müdafiəsinin hansı vəziyyətdə olduğunu öyrənmək və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq olduğunu nəzərə çatdırıblar. Tərəflər konvensiyanın yerinə yetirilməsi istiqamətində qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR