Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının sədr müavinləri sədrlik uğrunda mübarizəyə başlayıb

Azərbaycan Kommunist Partiyasının sədr müavinləri sədrlik uğrunda mübarizəyə başlayıb
# 14 sentyabr 2007 14:41 (UTC +04:00)
“Kommunist Partiyasının sədr müavini Rauf Qurbanov partiyanın idarəçiliyində iştirak etmir. Qurum digər müavinlər tərəfindən kollegial şəkildə idarə olunur”. Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rüstəm Şahsuvarov APA-ya açıqlamasında bildirib ki, partiya sədri Ramiz Əhmədovun vəfatından istifadə edib, qurumda parçalanma yaratmaq istəyən şəxslər öz niyyətlərinə çata bilməyəcək. R. Qurbanovun partiyanın idarəçiliyində hansı səbəbdən iştirak etmədiyini deməkdən imtina edən R. Şahsuvarov qurumun fəaliyyətində heç bir problem olmadığını diqqətə çatdırıb: “Partiya müavinlər Seyidağa Muradov, Hacı Hacıyev və Rüstəm Şahsuvarov tərəfindən kollegial şəkildə idarə olunur. Bu şəxslər partiyanı dağıtmağa çalışanlara imkan verməyəcəklər”. AKP-nin sədr müavini R. Qurbanov isə R. Şahsuvarovun fikirlərini qərəzli adlandırıb. Onun sözlərinə görə, R. Şahsuvarovun dediklərinin məntiqi yoxdur və o, partiyadakı fəaliyyətini dayandırmayıb. R. Qurbanov partiyanın sədri postuna keçiriləcək seçkilərdə iştirak barədə konkret fikrə gəlmədiyini də deyib: “Öz namizədliyimi vermək etikadan kənar hərəkət olardı. Lakin partiya yoldaşlarım namizədliyimi irəli sürsələr, bu, barədə fikirləşə bilərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR