Bank Of Baku

Azərbaycanın müdafiə naziri “Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nı imzalayıb

Azərbaycanın müdafiə naziri “Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nı imzalayıb
# 14 sentyabr 2007 16:22 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycan və ABŞ əlaqələri, əməkdaşlığın perspektivliyi barədə söhbət açıb. Əlaqələrin strateji xarakter daşıdığını deyən S. Əbiyev regiondakı vəziyyət və Ermənistanın işğalçılıq siyasətinə toxunaraq bildirib ki, beynəlxalq təşkilatlar, münaqişənin həllinə maraq göstərən dövlətlər Ermənistanı bu mövqedən çəkindirmək üçün qətiyyət nümayiş etdirməlidir. U. Meyvel problemin ciddiliyini ABŞ-ın diqqət mərkəzində saxladığını söyləyib, ölkəsinin Azərbaycan-ABŞ əməkdaşlığının inkişafında maraqlı olduğunu vurğulayıb. Görüşün sonunda Səfər Əbiyev “Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nı imzalayıb.
Qeyd edək ki, Amerika tərəfdən sənədi bir qədər əvvəl NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı Kraddok imzalayıb. Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR