Bank Of Baku

Türkiyə parlamentinin sədri Köksal Toptan Azərbaycana səfər etmək niyyətindədir

Türkiyə parlamentinin sədri Köksal Toptan Azərbaycana səfər etmək niyyətindədir
# 14 sentyabr 2007 16:31 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bu gün Türkiyə Böyük Millət Məclisinin yeni seçilmiş sədri Köksal Toptanla görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, Z. Həşimov K. Toptanı parlament sədri seçilməsi münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovun adından təbrik edib. K. Toptan təbriklərə görə təşəkkür edərək Azərbaycanı çox sevdiyini bildirib. O, 1991-ci ildə təhsil naziri olarkən Azərbaycana səfərini xatırladıb. K. Toptan Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən səsləndirilən ifadələri təkrarlayaraq həqiqətən Azərbaycanın kədərinin Türkiyənin kədəri, Azərbaycanın sevincinin Türkiyənin sevinci olduğunu, münasibətlərin “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini vurğulayıb. TBMM sədri Azərbaycana səfər etmək niyyətində olduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR