Bank Of Baku

Tiflisdə NATO-nun Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçiriləcək

Tiflisdə NATO-nun Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçiriləcək
# 14 sentyabr 2007 16:37 (UTC +04:00)
Sentyabrın 17-dən 19-na kimi Gürcüstanda NATO-nun Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçiriləcək. İclasda iştirak edəcək Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Orucun APA-ya verdiyi məlumata görə, toplantı NATO Parlament Assambleyasının oktyabrın əvvəlində İslandiyada keçiriləcək sessiyasına hazırlıq xarakteri daşıyır. Toplantıda Cənubi Qafqazla bağlı hazırlanan məruzə ilə ilkin tanışlıq olacaq. Sentyabrın 19-da isə Bakıda NATO Parlament Assambleyasının iqtisadi məsələlər üzrə alt komitəsinin yığıncağı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR