Bank Of Baku

Abbas Lisaniyə qarşı irəli sürülən yeni ittihamla bağlı sentyabrın 22-də növbəti məhkəmə prosesi keçiriləcək

Abbas Lisaniyə qarşı irəli sürülən yeni ittihamla bağlı sentyabrın 22-də növbəti məhkəmə prosesi keçiriləcək
# 14 sentyabr 2007 16:45 (UTC +04:00)
İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisaniyə qarşı irəli sürülən yeni ittihamla bağlı sentyabrın 22-də Təbriz şəhər Məhkəməsində növbəti proses keçiriləcək. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, bu ittihamla bağlı hər hansı məlumata malik deyillər və məhkəmədən onlara heç nə deyilməyib.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra kütləvi aksiyaların təşkilində ittiham olunaraq saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 16-da Təbriz şəhər Məhkəməsində keçirilən prosesdə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində də ittiham olunub. A. Lisaniyə qarşı irəli sürülən yeni ittihama görə isə o, 2006-cı ilin may hadisələri zamanı Ərdəbil şəhərində iğtişaş təşkil edib və nəticədə onlarla asayiş keşikçisi, həmçinin avtomobil xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR