Bank Of Baku

Azərbaycan paytaxtının işğaldan azad olunmasının ildönümü münasibətilə mərasim keçirilib

Azərbaycan paytaxtının işğaldan azad olunmasının ildönümü münasibətilə mərasim keçirilib
# 15 sentyabr 2007 11:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirə Azərbaycanın bir sıra ictimai-siyasi təşkilatı da qatılıb. Əvvəlcə abidənin önünə çələnglər qoyulub, Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu Xatirə kitabına ürək sözlərini yazıb. Tədbirdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Qarabağ Azadlıq Təşkilatı, Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyi, 1918-ci ildə şəhid olmuş əsgərlərin övladları da iştirak edib. Səfir Hüseyn Avni Qarslıoğlu jurnalistlərə açıqlamasında 1918-ci il 15 sentyabrın Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdığını bildirib: “1918-ci ildə Anadolu türklərinin azəri türklərinin yardımına gəlməsi çox anlamlı bir addımdır. Çanaqqala döyüşündə də bir çox azərbaycanlı iştirak edib. 15 sentyabrın Azərbaycanda daha coşqulu qeyd olunması bir millət iki dövlət anlayışına görədir”. Səfir iki ölkənin daha da yaxınlaşması üçün Qars dəmir yolunun Naxçıvana uzanmasının, Azərbaycanın işğal altında olan torpaqlarının ermənilərdən azad olunmasından sonra isə Bakıyadək çəkilməsinin vacibliyini qeyd edib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR