Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin Məşvərət Şurasının seçkidə blok şəklində iştirak edəcəyini indidən demək tezdir”

Sərdar Cəlaloğlu: “Müxalifətin Məşvərət Şurasının seçkidə blok şəklində iştirak edəcəyini indidən demək tezdir”
# 15 sentyabr 2007 10:15 (UTC +04:00)
“Müxalifətin Məşvərət Şurasının prezident seçkilərində vahid namizədlə iştirak edəcəyi və seçki bloku yaradacağı barədə indidən bəyanatlar vermək tezdir. Çünki hələlik şuradakı qüvvələrin mövqelərinin yaxınlaşması prosesi gedir”. Bunu APA-ya açıqlamasında Məşvərət Şurasında təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, mövqelərin uzlaşması prosesinin sürətlə və müsbət istiqamətdə getdiyini bildirib: “Bu proses seçkiyə kimi belə davam etsə, şura seçki blokuna çevrilə bilər. Amma hazırkı vəziyyət üçün bunun demək tez və yersizdir. Mən bu qüvvələrin seçkidə birgə iştirakını mümkün sayıram. Çünki bu siyasi proseslər rasionaldır, insan şüurunun məhsuludur, təbii proses deyil. Bu məsələdə iradə nümayiş etdirilməli, gerçəkliklər nəzərə alınmalı, situasiya dəyərləndirilməli, maraqlar uzlaşdırılmalıdır. Bundan sonra qərarlar vermək asan olacaq”. S. Cəlaloğlunun sözlərinə görə, hazırda şurada elə qüvvələr var ki, vaxtilə bir-birinə rəqib olub, aralarında konfliktlər baş verib. Həmçinin, sağ və sol partiyaların bu qurumda birgə fəaliyyət göstərməsinə diqqət çəkən partiya sədrinin sözlərinə görə, sağlarla solların yaxınlaşması prosesi bu gün bütün dünyada müşahidə olunur: “Amma bu, Azərbaycanda asanlıqla başa gələnə oxşamır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR