Bank Of Baku

DSK-lar üçün yeni binalar dövlət büdcəsindən ayrılmış vəsait hesabına inşa olunur

DSK-lar üçün yeni binalar dövlət büdcəsindən ayrılmış vəsait hesabına inşa olunur
# 15 sentyabr 2007 10:31 (UTC +04:00)
Dairə Seçki Komissiyaları (DSK) üçün yeni binaların tikilməsi, həmçinin, köhnə binaların təmiri dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, binaların tikintisi və təmiri prosesi artıq başa çatmaq üzrədir. Bu günə qədər 43 Seçki Dairəsi üçün yeni binalar tikilərək açılışı olub və istifadəyə verilib. Bundan sonra daha 15 DSK üçün yeni binanın açılışı olacaq. 19 DSK üçün isə yeni bina ayrılıb, 11 DSK-nın otaqlarının sayı artırılıb. Digər DSK-ların binalarında isə əsaslı təmir işləri aparılıb. A. Sarıyev onu da deyib ki, bütün DSK-lar lazımı texniki avadanlıq, mebel və dəftərxana ləvazimatları ilə təmin ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR