Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokuna digər partiyaların daxil olması üçün siyasi şərait yoxdur”

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokuna digər partiyaların daxil olması üçün siyasi şərait yoxdur”
# 15 sentyabr 2007 11:42 (UTC +04:00)
““Azadlıq” blokunun digər siyasi qüvvələrdən təcrid olunması ilə bağlı deyilən fikirlər yanlışdır. Blok digər partiyalarla əməkdaşlığa hazırdır və hazırkı məqamda bir sıra məsələlərlə bağlı birgə müzakirələrin aparılması nəzərdə tutulur”. Bu fikirləri APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, blok həm Seçki Məcəlləsi, həm də Azərbaycanın Avropa Birliyi ilə əlaqələri barədə müzakirələrin aparılması üçün digər partiyalarla birgə tədbirlər təşkil edəcək. Blokun formatının genişləndirilməsinə gəldikdə Q. Əlibəyli indiki mərhələdə bunun nəzərdə tutulmadığını qeyd edib: “Bununla bağlı hələlik hər hansı siyasi partiya ilə müzakirə aparılmayıb və yaxın gələcəkdə belə müzakirənin aparılması nəzərdə tutulmur. Amma bu blok qapalı deyil, genişlənə bilər. Əgər blokun tərkibinə daxil olmaq arzusunda olan siyasi qüvvə varsa, bunu seçkilər ərəfəsində müzakirə etmək olar. İndiki halda isə düşünürəm ki, bloka digər partiyaların daxil olması üçün siyasi şərait yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR