Bank Of Baku

DAK Bakının işğaldan azad olunmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirib

DAK Bakının işğaldan azad olunmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirib
# 15 sentyabr 2007 12:01 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi 1918-ci ildə Bakının erməni-rus qoşunlarından azad olunmasının növbəti ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, nümayəndəliyin rəhbəri İsmayıl Ağayev Bakının erməni-rus işğalından azad olunması mövzusunda çıxış edib. O, DAK tərəfindən milli tariximizə aid olan günlərin davamlı olaraq qeyd ediləcəyini deyib. Tədbirdə Prezident Aparatının ictimai-siyasi şöbəsinin bölmə rəisi Qafar Əliyev, VHP sədri Sabir Rüstəmxanlı, akademik Vəli Əliyev və digərləri çıxış ediblər. Onlar Ənvər Paşanın sərəncamı ilə başda Kazım Karabəkir Paşa, Lazım Paşa, Nuru Paşa, Mürsəl Paşa olmaqla Qafqaz İslam Ordusunun şəxsi heyətində yer alan insanların fəaliyyətindən və Azərbaycanın ağır günündə harayına yetmələrindən, burada göstərdikləri şucaətdən söhbət açıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR