Bank Of Baku

MSK rəsmisi Venesiya Komissiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak edəcək

MSK rəsmisi Venesiya Komissiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak edəcək
# 17 sentyabr 2007 08:26 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bu gün Fransaya səfərə gedib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd sentyabrın 18-də Strasburqda keçiriləcək Avropa Seçki Rəsmiləri Assosiasiyası Baş Assambleyasının illik yığıncağında iştirak etməkdir. MSK nümayəndəsi səfər çərçivəsində həmin qurum tərəfindən “Seçki iştirakçılarının peşəkarlığının artırılması” mövzusunda keçiriləcək konfransda, Strasburqda Seçki İdarəetmə Qurumlarının IV Avropa Konfransında iştirak edəcək. Tədbir Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunacaq. Konfransın əsas mövzusu “Seçkilər zamanı baş verən qanun pozuntularına qarşı mübarizə - şikayətlərə baxılma proseduru”dur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR