Bank Of Baku

Ənvər paşanın öldürülməsi ilə bağlı kitabda ermənilərin Heydər Əliyevə göndərdiyi təhdid məktubundan bəhs olunur

Ənvər paşanın öldürülməsi ilə bağlı kitabda ermənilərin Heydər Əliyevə göndərdiyi təhdid məktubundan bəhs olunur
# 17 sentyabr 2007 08:56 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, kitabda Tələt paşanın Almaniyada, Ənvər paşanın Tacikistanda, Camal paşanın isə Tiflisdə ermənilər tərəfindən öldürülməsi məktub və sənədlərlə təsvir edilib. Kitabda Ənvər paşanın öldürülməsi ilə bağlı maraqlı bir məqama yer verilib. Müəllif yazır ki, Muradyan soyadlı bir erməni 1987-ci ildə Heydər Əliyevə təhdid məktubu göndərib. Məktubda o, Ənvər paşanın 1922-ci il avqustun 5-də Dağlıq Qarabağdan olan Saruhanyan soyadlı erməni tərəfindən qətlə yetirildiyini yazıb. Saruhanyan Dağlıq Qarabağdan olan başqa bir erməni Akop Melkumyan adlı komandirin dəstəsinin üzvü olub. “Horizon” adlı jurnalda A. Melkumyan olayı aşağıdakı kimi nəql edib: “Dumanda düşmən yaxınlaşmağımızı görə bilmədi. Ənvər paşanın mühafizəçiləri ilə orada olduğunu anlayaraq sevindim. Sarıqamış yaxınlığında qaça bilmişdi, fəqət bu səfər əlimdən qurtula bilməyəcəkdi. Mənim əmrimdən sonra toplar atış açdı. Qılınclarımız pəncərələrin önündə parlayarkən Ənvər paşa hələ yatağında idi. Sonra atına minərək dağlara doğru sürətlə uzaqlaşdı. İyirmi beş verst təqib etdikdən sonra Çağan qışlağında ona çatdıq. Qanlı süngü savaşında Ənvər paşanı öldürüb dəstəsini məhv etdik”.
Qeyd edək ki, Ənvər paşa Pamir dağlarının ətəyində sovet qoşunları ilə döyüşdə 42 yaşında qəhrəmancasına şəhid olub. O, yaxınlıqdakı bir kənddə dəfn edilib. 1996-cı ildə məzarı Türkiyəyə köçürülüb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR