Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı polis tərəfindən saxlanılıb

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı polis tərəfindən saxlanılıb
# 17 sentyabr 2007 09:35 (UTC +04:00)
QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Nağı yaşadığı Xətai rayonu Gəncə prospektindəki evindən çıxıb iş yerinə gələrkən sürücüsü ilə birgə saxlanılaraq naməlum istiqamətə aparılıb. Lakin polis bölməsinə çatmamış sürücü sərbəst buaxılıb. APA Xətai rayon Polis İdarəsi və A. Nağının yaşadığı əraziyə nəzarət edən 37-ci polis bölməsi ilə əlaqə saxlayıb. Lakin təşkilat sədrinin hansı bölmədə saxlandığı müəyyənləşdirilməyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də bu barədə onlarda məlumat olmadığı bildirilib.
Qeyd edək ki, erməni idmançılarının Bakıda keçirilən güləş üzrə dünya çempionatına qatılmasına etiraz edən QAT bu məqsədlə kütləvi aksiyalar keçirməyi nəzərdə tutmuşdu. Ötən həftənin sonunda da A. Nağı və təşkilatın 20 üzvü bu məqsədlərinə görə polis tərəfindən bir neçə saat saxlanılmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR