Bank Of Baku

Gürcüstanın baş naziri sentyabrın 27-də Bakıya gələcək

Gürcüstanın baş naziri sentyabrın 27-də Bakıya gələcək
# 17 sentyabr 2007 09:38 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində Z.Noqaidelinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcəyi gözlənilir.
Həmçinin, səfər zamanı Bakıda iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır. Forumda Azərbaycan ilə Gürcüstan arasında mövcud iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.
Bununla yanaşı, hökumətlərarası səviyyədə Azərbaycandan Gürcüstana təbii qazın idxalı ilə bağlı bir sıra məsələlərin, o cümlədən qazın satış qiyməti ətrafında fikir mübadiləsinin aparılacağı ehtimal olunur. Belə ki, ilkin məlumatlara görə, Gürcüstan Azərbaycanla bu sahədə uzunmüddətli müqavilənin bağlanmasına çalışır. Azərbaycan tərəfi isə qazın satış qiymətini 50% 180 dollar/1000 kubmetrədək artırmaq niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR