Bank Of Baku

Xəzər İbrahim: “Prezidentlərin Düşənbədə görüşməsi həmsədrlərin regiona səfərinin nəticələrindən asılıdır”

Xəzər İbrahim: “Prezidentlərin Düşənbədə görüşməsi həmsədrlərin regiona səfərinin nəticələrindən asılıdır”
# 17 sentyabr 2007 10:47 (UTC +04:00)
“Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində prezidentlərin Sankt-Peterburq görüşündən sonra danışıqlar prosesində pauza yaranıb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbədə oktyabrın 5-də keçiriləcək MDB sammiti çərçivəsində görüşüb-görüşməyəcəkləri barədə suala cavabında bildirib ki, Azərbaycan bu səfər nəticəsində irəliyə doğru addım atılacağına ümid edir və səfərin yekunlarından asılı olaraq prezidentlərin görüşü üçün zəmin yarana bilər. Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsi ehtimalına da toxunan diplomat bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra rəsmi Bakı öz vətəndaşları olan Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri ilə danışıqlar apara bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR