Bank Of Baku

Əli Əliyev: ““Azadlıq” blokunun genişlənməsi məsələsinə prezident seçkiləri ərəfəsində baxılacaq”

Əli Əliyev: ““Azadlıq” blokunun genişlənməsi məsələsinə prezident seçkiləri ərəfəsində baxılacaq”
# 17 sentyabr 2007 11:04 (UTC +04:00)
““Azadlıq” blokunun genişlənməsi üçün hazırda siyasi şəraitin olmaması ilə bağlı deyilən fikirlərin nəyə əsaslandığını bilmirəm. Amma bu addımı atmamağımızın əsas səbəbi odur ki, qurumun rəhbərliyi qarşısında blokun genişləndirilməsi məqsədi dayanmır”. Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” blokunun həmtəsisçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, blokun genişlənməsi üçün birinci növbədə məhz onların belə bir istəyinin olması, digər tərəfdən isə bu məqsədlə quruma başqa partiyaların müraciət etməsi zəruridir. Hazırkı siyasi proseslərin partiyaların bloklaşması zərurətini ortaya qoymadığını söyləyən Ə. Əliyev hesab edir ki, prezident seçkiləri yaxınlaşdıqca, belə bir ehtiyac yaranacaq: “İndi proseslər sürətlənmə mərhələsindədir. Bu ilin sonu, gələn ilin əvvəlinə kimi siyasi qüvvələrin mövqeləri tam aydınlaşacaq və bundan sonra siyasi ittifaqların yaranması mümkün olacaq. Biz də blokun genişlənməsi ilə bağlı məsələyə həmin vaxt baxacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR