Bank Of Baku

Səttarxanın yaşadığı bina dağıdılıb

Səttarxanın yaşadığı bina dağıdılıb
# 17 sentyabr 2007 11:19 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi Təbrizin Əmirxızı məhəlləsində yerləşən, vaxtilə Səttarxanın yaşadığı binanın uçurulması ilə bağlı bəyanat verib. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda İran dövlətinin Azərbaycanın tarixi şəxsiyyətlərinə olan bu cür münasibəti pislənib və evin tarixi abidə kimi qorunması tələb olunub: “İranın “Mədəni İrs” dövlət qurumu abidənin 1905-11-ci illərdə Çar Rusiyasının ordusu tərəfindən top atəşinə tutulduğu və bu səbəbdən onun bərpasının mümkünsüzlüyünü əsas gətirir. Biz bu açıqlamanı əsassız hesab edirik. Mədəni abidələrimizin kütləvi şəkildə məhvinə etiraz edir və İran hökumətini anti-humanist hərəkətlərdən əl çəkməyə çağırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR