Bank Of Baku

MDB sammitində 19 məsələ müzakirə ediləcək

MDB sammitində 19 məsələ müzakirə ediləcək
# 17 sentyabr 2007 12:04 (UTC +04:00)
Oktyabrın 5-də Düşənbədə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) zirvə toplantısının gündəliyi təsdiqlənib. APA-nın məlumatına görə, gündəliyə 19 məsələ salınıb. Əsas müzakirə mövzuları MDB-nin gələcək inkişaf konsepsiyası və onun həyata keçirilməsi ilə bağlı tədbirlər, həmçinin miqrasiya siyasəti məsələləridir. Gündəlikdə təşkilati məsələ də var. Dövlət başçıları MDB İcraiyyə Komitəsinin sədrliyi ətrafındakı qeyri-müəyyənliyi müzakirə edəcəklər. Xatırladaq ki, 2004-cü ildən bu vəzifəni icra edən Vladimir Ruşaylonun səlahiyyət müddəti bu il iyunun 14-də bitib. Sammitdə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR