Bank Of Baku

Tənzilə Rüstəmxanlı: “Şəhidlər Xiyabanında Nuru paşaya abidə qoyulmasına çalışacağıq”

Tənzilə Rüstəmxanlı: “Şəhidlər Xiyabanında Nuru paşaya abidə qoyulmasına çalışacağıq”
# 17 sentyabr 2007 12:12 (UTC +04:00)
Türk Dünyası Gənclər Birliyinin Azərbaycanda səfərdə olan üzvləri mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı türklərin əsrlərdir təzyiqlərə, soyqırımlara məruz qaldığını xatırladaraq bu təsirlərdən qorunmaq üçün türk dünyasının birləşməsinin zəruriliyini vurğulayıb. O, bu işdə gənclərin üzərinə böyük yük düşdüyünü deyib. 2008-ci ildə Bakının işğaldan azad olunmasının 90-cı ildönümü ilə bağlı daha geniş tədbirlərin keçiriləcəyini söyləyən T. Rüstəmxanlı Şəhidlər Xiyabanında Nuru paşaya abidə qoyulmasına çalışacaqlarını bildirib. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova gəncləri əməli addımlar atmağa çağırıb. Türk Dünyası Gənclər Birliyinin sədri Onur Nurel isə T. Rüstəmxanlını və X. Xəlilovanı türk dünyasının birliyi üçün göstərdikləri xidmətlərə görə diplomlarla təltif edib. O, növbəti toplantının Şimali Kipr Türk Respublikasına keçiriləcəyini açıqlayıb. İraqın Kərkük şəhərində yaşayan İsmayıl Gülər İraq türkmənlərinin sosial, siyasi və mədəni durumu haqda iştirakçılara məlumat verib. O, türkmənlərin çox ağır vəziyyətdə yaşadığını diqqətə çatdırıb: “İraqda 3 milyon türkmən yaşayır. Bu günə qədər 17 dəfə soyqırıma məruz qalan türkmənlər yurdlarını tərk etmək niyyətində deyillər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR