Bank Of Baku

Bakı meriyası AMİP-in piket keçirməklə bağlı müraciətini araşdırır

Bakı meriyası AMİP-in piket keçirməklə bağlı müraciətini araşdırır
# 17 sentyabr 2007 13:03 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) piket keçirmək üçün müraciəti ilə bağlı araşdırma aparır. BŞİH-in siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanovun APA-ya verdiyi məlumata görə, müraciət şəhər rəhbərliyinə daxil olub. Müraciətə qanunla müəyyən olunmuş vaxtda cavab veriləcəyini deyən Z. Ramazanov cavabın müsbət, yoxsa mənfi olacağı barədə əvvəlcədən bir söz demək istəməyib.
AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov isə APA-ya bildirib ki, onlar Füzuli meydanına aksiya təyin etməklə şəhər rəhbərliyinin bundan əvvəlki müraciətlərə gətirdiyi bəhanələrin qarşısını alıblar: “Aksiyaya yenə icazə verilməsə, biz razılaşdırılmamış piket keçirəcəyik”. Qeyd edək ki, AMİP sosial tələblərlə sentyabrın 20-də Füzuli meydanında piket keçirmək qərarı qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR