Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatının yürüş-mitinqi təxirə salınıb

“Azərbaycan Yolu” Siyasi Hərəkatının yürüş-mitinqi təxirə salınıb
# 17 sentyabr 2007 13:28 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatı sentyabrın 22-nə təyin etdiyi yürüş-mitinqi təxirə salıb. Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, AYSH-nin sədr müavini bir müddət əvvəl sosial tələblərlə yürüş-mitinqin keçirilməsi ilə bağlı şəhər rəhbərliyinə müraciət edib. Aksiyanın “Həzi Aslanov” metro stansiyası Ukrayna meydanı marşrutu ilə keçirilməsi nəzərdə tutulub. Ötən gün isə hərəkatın sədr müavini yenidən şəhər rəhbərliyinə müraciət edərək, aksiyanın təxirə salınması barədə məlumat verib və bunu havaların isti keçməsi ilə əlaqələndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR