Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 17 sentyabr 2007 13:28 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda sentyabrın 25-də qurumun təşəbbüsü ilə “Qarabağ ərazisində antiterror əməliyyatının mahiyyəti” mövzusunda keçiriləcək IV Qarabağ Forumuna hazırlıq məsələləri müzakirə edilib. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansolaya prezident seçkilərində demokratikliyin təmin edilməsi ilə bağlı əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlanıb. Eyni zamanda toplantıda DUİ adından İsveçdə Məhəmməd Peyğəmbərin (s) təhqir olunmasını və Belçikada anti-İslam mitinqinin təşkilini pisləyən bəyanat da verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR