Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 17 sentyabr 2007 14:10 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti və partiyadaxili məsələlər müzakirə edilib. Partiyanın Binəqədi və Füzuli rayon təşkilatlarının hesabatları dinlənilib və 18 Oktyabr - Müstəqillik Günü ilə bağlı bir sıra tədbirlərin keçirilməsi üçün təkliflər irəli sürülüb. Divan İraqda yaşayan Kərkük türkmənlərinin vəziyyəti ilə bağlı bəyanat qəbul edib. Bəyanatda türkmənlərin təzyiqlərə məruz qalmasına etiraz edilib, Azərbaycan hakimiyyətindən İraq türkmənlərinin siyasi-diplomatik müdafiəsi ilə bağlı addımlar atması tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR