Bank Of Baku

Azərbaycan Kommunist Partiyası daxilində sədrlik uğrunda mübarizə qızışır

Azərbaycan Kommunist Partiyası daxilində sədrlik uğrunda mübarizə qızışır
# 17 sentyabr 2007 14:15 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) Rəyasət Heyəti partiya daxilində baş verənlərlə bağlı bəyanat verib. AKP MK sədrinin müavini Rüstəm Şahsuvarovun APA-ya verdiyi məlumata görə, bəyanatda AKP MK-nın sədr müavini Rauf Qurbanovun fəaliyyətinə prinsipial partiya qiymətinin verilməsi tələb edilib. R. Qurbanov qurum daxilində bölücü qrup yaratmaqda, təşkilat üzvlərini münaqişəyə təhrik etməyə cəhd göstərməkdə ittiham olunub: “Rauf Qurbanovun məqsədi Ramiz Əhmədovun vəfatından sonra partiyada liderliyi qeyri-legitim şəkildə ələ keçirməkdir. AKP fəalları göstərirlər ki, Rauf Qurbanovun yerə-göyə sığmayan hikkəsi, eqoizmi, karyerizmi və mənəm-mənəmliyi onu hələ Ramiz Əhmədovun sağlığında partiyanın legitim rəhbərliyinə qarşı açıq mübarizə aparmağa sövq etmişdi. Bu zaman R. Qurbanov Ramiz müəllimin ağır xəstəliyinə nəinki əhəmiyyət verməmiş, hətta ondan özünün liderlik uğrunda mübarizəsində istifadə etməyə də çalışmışdı. Belə ki, Rauf Qurbanov ultimativ, tamamilə əsassız və sağlam məntiqə sığmayan bir şəkildə tələb etmişdi ki, partiyada rəhbərlik qeyd-şərtsiz ona təhvil verilsin. Bu zaman Qurbanovun tamamilə anti-kommunist iç üzü açılmışdır”. Bəyanata imza atan AKP üzvləri Rauf Qurbanovun partiya işinə sentyabrın 22-də keçiriləcək AKP MK plenumunda baxılmasını tələb ediblər. Onlar - AKP MK sədrinin müavinləri Seyidağa Muradov, Hacı Hacıyev, Rüstəm Şahsuvarov, AKP MK təşkilat şöbəsinin sədri Ələsgər Xəlilov və digər 39 nəfər Rauf Qurbanovun üzərində partiya-yoldaşlıq məhkəməsinin qurulmasını və Seyidağa Muradovun AKP-yə yeni sədr seçilməsini dəstəklədiklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR