Bank Of Baku

ADP prezident seçkilərində iştirak qərarı verib

ADP prezident seçkilərində iştirak qərarı verib
# 17 sentyabr 2007 14:59 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin genişləndirilmiş toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda İdarə Heyətinin üzvləri ilə bərabər Bakı şəhəri üzrə rayon təşkilatlarının rəhbərləri də iştirak edib. Toplantıda ölkədə baş verən siyasi hadisələrlə bağlı müzakirələr aparılıb. ADP-nin Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə hazırladığı konsepsiyanın ictimai müzakirəyə çıxarılması və siyasi dialoqun predmeti kimi müvafiq dövlət orqanlarına təqdim edilməsi barədə qərar qəbul olunub. Partiya hesab edir ki, hakimiyyət beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bütün siyasi məhbusları azadlığa buraxmalıdır. İdarə Heyətində 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirə də aparılıb və ADP-nin seçkidə iştirak edəcəyi təsdiqlənib. Qərara alınıb ki, seçkilərdə partiyanın iştirak taktikası ilə bağlı yerli təşkilatlarda da müzakirələrə start verilsin. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR