Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının 2 üzvü saxlanılıb

Qarabağ Azadlıq Təşkilatının 2 üzvü saxlanılıb
# 17 sentyabr 2007 15:24 (UTC +04:00)
Güləş üzrə böyüklər arasında dünya çempionatının keçirildiyi idman kompleksinin qarşısında aksiya keçirməyə cəhd göstərən Qarabağ Azadlıq Təşkilatının (QAT) 2 üzvü saat 17:00 radələrində polis tərəfindən saxlanılıb. QAT-dan APA-ya verilən məlumata görə, saxlanılan Manaf Kərimov və Mürsəl Həsənli Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə aparılıblar.
Qeyd edək ki, erməni idmançılarının Bakıda keçirilən güləş üzrə dünya çempionatına qatılmasına etiraz edən QAT bu məqsədlə kütləvi aksiyalar keçirməyi nəzərdə tutmuşdu. Ötən həftənin sonunda da A. Nağı və təşkilatın 20 üzvü bu məqsədlərinə görə polis tərəfindən bir neçə saat saxlanılmışdı. Bu gün saat 10:00 radələrində QAT sədri Akif Nağı yaşadığı Xətai rayonu Gəncə prospektindəki evinin qarşısında polis tərəfindən saxlanılıb. Onunla birgə tutulan Mübariz adlı sürücüsü 35-ci polis bölməsinə aparılıb, buradan isə sərbəst buraxılıb. A. Nağının harada saxlandığını müəyyənləşdirmək hələ də mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən QAT sədrinin saxlanması ilə bağlı məlumatdan xəbərsiz olduqları bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR