Bank Of Baku

Gürcüstan-Azərbaycan Dostluq Qrupunun sədri Qənirə Paşayeva Gürcüstanda səfərdə olub

Gürcüstan-Azərbaycan Dostluq Qrupunun sədri Qənirə Paşayeva Gürcüstanda səfərdə olub
# 17 sentyabr 2007 19:10 (UTC +04:00)
Gürcüstan-Azərbaycan Dostluq Qrupunun sədri, millət vəkili Qənirə Paşayeva bu il sentyabrın 14-16-da Gürcüstanda səfərdə olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, millət vəkili səfəri çərçivəsində Gürcüstan-Ermənistan sərhədində yerləşən və azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndində olub. Azərbaycanlıların tarixi xalçaçılıq ənənələrini yaşadan bu kənddə son vaxtlar bu sənətin yaşadılması üçün ciddi problem yaranıb. Belə ki, kənd sakinlərinin sosial-iqtisadi vəziyyəti xalçaçılıqla məşğul olmaq üçün müasir avadanlıların alınmasına imkan verməyib. Bu məsələnin kənd sakinləri və Gürcüstanda yaşayan azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən qaldırılmasından sonra problem həllini tapıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin hədiyyəsi olan 10 xalça toxuma cihazı və kiçik müəssisənin fəaliyyət göstərməsi üçün lazılm olan digər avadanlıqlar millət vəkili tərəfindən kənd sakinlərinə təqdim edilib.
Azərbaycanlıların kompakt yaşçadığı bölgədə fəaliyyət göstərən üç ictimai və yaradıcı təşkilata da Q. Paşayeva tərəfindən ARDNŞ-in hədiyyəsi olan kompüterlər və çap cihazları da təqdim edilib. Deputat bu təşkilatlarla görüşündə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin daim Azərbaycan dövlətinin diqqətində olduğunu, ARDNŞ tərəfindən göndərilən hədiyyələrin də bu diqqət və qayğının bir nümunəsi olduğunu vurğulayıb.
Daha sonra Q. Paşayeva bu tədris ilində Gürcüstan məktəblərinə yüksək balla daxil olmuş azərbaycanlı gənclərlə görüşüb, onlara hədiyyələr təqdim edib. Qeyd edək ki, Kvemo-Kartli bölgəsindən Gürcüstan ali məktəblərinə ən yüksək balla daxil olan gənc də azərbaycanlıdır. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların Mədəniyyət Mərkəzi yüksək bal toplayan bəzi tələbələrin maddi imkanları zəif olduğu üçün imkanlı şəxslərin onlara təqaüdlər təyin etməsi xahişi ilə çıxış edib.
Daha sonra millət vəkili Abdulla Şaiqin ev muzeyində olub. Ev muzeyinin əsaslı təmirə ehtiyac olduğu üçün Q. Paşayeva lazımı köməyin göstəriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR