Bank Of Baku

BMT Baş Assambleyasının 62-ci sessiyası başlayır

BMT Baş Assambleyasının 62-ci sessiyası başlayır
# 18 sentyabr 2007 08:15 (UTC +04:00)
Sessiya müddətində 160-a yaxın məsələ müzakirə olunacaq. Prezidentlərin çıxışları sentyabrın 25-də başlayacaq. Həmin gün ABŞ prezidenti Corc Buş və İran prezidenti Mahmud Əhmədinejad kimi barışmaz liderlər yüksək kürsüdən dünya problemlərinə dair fikirlərini açıqlayacaqlar. Fransa prezidenti Nikola Sarkozi və Braziliya prezidenti Luis İnasiu Lula da Silva da həmin gün nitq söyləyəcəklər. ABŞ hökuməti Berndəki səfirlik vasitəsilə M. Əhmədinejada viza verib. Dövlət Departamentindən bildiriblər ki, İran nümayəndə heyətinin hərəkət azadlığı 25 millik zona ilə məhdudlaşdırılacaq.
BMT Baş Assambleyasının 62-ci sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinə isə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edəcək. Sessiyanın gündəliyinin layihəsinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və GUAM-ın təşəbbüsü ilə “dondurulmuş” münaqişələrə dair məsələ də salınıb. Gündəlik sentyabrın 21-də təsdiqlənməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR