Bank Of Baku

Qəbələ RLS-də ABŞ, Rusiya və Azərbaycan ekspertləri arasında məsləhətləşmələr başlayıb - YENİLƏNİB

Qəbələ RLS-də ABŞ, Rusiya və Azərbaycan ekspertləri arasında məsləhətləşmələr başlayıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 18 sentyabr 2007 10:42 (UTC +04:00)
Hazırda Qəbələdə olan APA əməkdaşının məlumatına görə, ekspertlər stansiyadan Rusiya ilə ABŞ-ın birgə istifadəsi imkanlarını dəyərləndirərək buna dair təkliflər hazırlayacaqlar. Məsləhətləşmələr başa çatdıqdan sonra nümayəndə heyətlərinin rəhbərləri media nümayəndələri üçün brifinq keçirəcəklər. Qeyd edək ki, bu gün ABŞ, Rusiya və Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyətlərinin Qəbələ radiolokasiya stansiyasına səfəri başlayıb. Qəbələ RLS-ə səfər edən ABŞ hərbçilər qrupuna Pentaqonun tərkibində fəaliyyət göstərən Raketdə Müdafiə Agentliyinin direktor müavini, briqada generalı Patrik Onelly rəhbərlik edir. Pentaqonun sözcüsü polkovnik leytenant Kol Finin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə səfərdə amerikalı hərbi mütəxəssislərlə yanaşı Dövlət Departamentinin məsul işçiləri də iştirak edir. Rusiya nümayəndə heyətinə isə Rusiya Kosmik Qoşunlarının qərargah rəisinin birinci müavini Aleksandr Yakuşin başçılıq edir. Məsləhətləşmələrin nəticəsi olaraq hər hansı sənədin imzalanması gözlənilmir. Səfərdən sonra hazırlanacaq təkliflər ABŞ və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında keçiriləcək görüşündə müzakirə olunacaq. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR