Bank Of Baku

BAXCP Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının Naxçıvana qədər uzadılması ideyasını dəstəkləyir

BAXCP Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının Naxçıvana qədər uzadılması ideyasını dəstəkləyir
# 18 sentyabr 2007 11:53 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müzakirə olunan əsas məsələlərdən biri ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Atom Elektrik Stansiyalarının inşası ilə bağlı olub. BAXCP Azərbaycan hökumətinin MAQATE qarşısında nüvə enerjisindən dinc məqsədlərlə istifadə ilə bağlı məsələ qaldırmasını, ölkədə enerji təhlükəsizliyimizə təminat verəcək, son nəsil AES-in tikilməsi ilə əlaqədar səylərini dəstəklədiyini bəyan edib.
BAXCP İdarə Heyəti Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan Muxtar Respublikasının ərazisinə qədər uzadılması məsələsini də müzakirə edib. Qeyd olunub ki, BAXCP hər zaman Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə böyük önəm verib: Partiya hesab edir ki, dəmir yolunun Qarsdan Naxçıvana qədər uzadılması Muxtar Respublikanın blokadadan çıxmasına imkan yaratmaqla yanaşı, qardaş Türkiyənin sərhədyanı bölgələri ilə Naxçıvanın iqtisadi əlaqələrini daha da genişləndirəcək, birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Bu baxımdan, BAXCP İdarə Heyəti hökuməti bu təşəbbüslərin gerçəkləşməsi üçün Türkiyə ilə işbirliyini genişləndirməyə çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR