Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının ilk tələbələri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər

Azərbaycan Diplomatik Akademiyasının ilk tələbələri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər
# 24 sentyabr 2007 15:12 (UTC +04:00)
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının ilk tələbələri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüş zamanı nazir Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən söz açıb, gələcək diplomatlara öz tövsiyələrini verib.
Qeyd edək ki, 25 nəfərdən ibarət bu qrup XİN-ə 2007-ci ildə imtahan üsulu ilə işə qəbul edilib. Onlar 5 ay müddətində XİN-in bölmələrində təcrübə keçməklə yanaşı, Diplomatik Akademiyanın təşkil etdiyi kurslarda iştirak edirlər. Kursların ilk iki ayında tələbələr intensiv Azərbaycan dili və ingilis dili dərsləri keçib, tarix və mədəniyyət mövzularında müxtəlif mühazirələr dinləyib, Azərbaycanın bir sıra regionlarına səfər ediblər.
Kursların iki ayı başa çatdıqdan sonra tələbələr 5 gün müddətində XİN-lə tanışlıq həftəsində iştirak edirlər. Gələn həftədən başlayaraq onlar Azərbaycan Diplomatik Akademiyasının Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Kolleci, Fletçer Diplomatiya və Hüquq Məktəbi və Vyana Diplomatik Akademiyası ilə birgə keçirəcəyi müxtəlif mövzulu diplomatik təlimlərdə iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR