Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti Macarıstana gedib

Milli Məclisin nümayəndə heyəti Macarıstana gedib
# 24 sentyabr 2007 15:22 (UTC +04:00)
~Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, parlamentin komissiya sədrlərinin müavinləri Rövşən Rzayev, Azər Əmiraslanov, deputatlardan Azay Quliyev Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər ediblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 24-dən 30-dək davam edəcək səfərdə məqsəd ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “Vətəndaş cəmiyyəti layihəsi” çərçivəsində keçirilən tədbirlərdə iştirak etməkdir. Səfər müddətində nümayəndə heyətinin üzvləri Macarıstan parlamentinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək, Macarıstan və Avropa Birliyinin qanunvericilik siyasəti, sosial sahənin maliyyələşdirilməsi təcrübəsi ilə tanış olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR