Abbas Abbasov: “Mənim istefaya uğurla getməyimə də paxıllıq edənlər oldu”
- Xalqa, dövlətə 15 il xidmət etdim. Artıq yorulmuşdum, buna görə də istefaya göndərilməyimi xahiş etdim. Bu, sivil yoldur. Mənim heç bir problemim yoxdur, heç kimdən də küsməmişəm. Hamı ilə münasibətim çox gözəldir, xidmətimi “İstiqlal” Ordeni ilə qiymətləndiriblər, bundan yüksək orden yoxdur ki... Həyatımdan da, övladlarımdan da razıyam. İndi sərbəst adamam, nə vaxt istəsəm, yuxudan dururam, kiminlə istəsəm, görüşürəm, öz işlərimlə məşğulam. Federasiya prezidentliyindən də öz istəyimlə getdim, fəxri prezidentlik təklif etdilər, mən də razılıq verdim. Həyatın özünün dialektikası var, daimi heç nə yoxdur. Bu gün Siz mənə mikrofon uzadıb, suallarınıza cavab istəyirsiniz, sabah bu mikrofon Sizə doğru uzana bilər. Gərək, həyatda mübariz olub, həyatı düzgün dərk edəsən. Həyat gözəldir, mənalıdır, onu düzgün yaşamaq lazımdır. Mən intriqalardan uzan insanam. Hamının da bunu bilməsini istəyirəm.
- İstefa qərarınızı açıqlayanda reaksiya necə oldu?
- İstefam rahat baş vermədi. Cənab prezident məni buraxmaq istəmirdi, bir yerdə çalışmağımızı istəyirdi. Amma 15 illik gərgin iş rejimi məni fiziki cəhətdən yormuşdu. Hesab edirəm ki, hər bir insan özü öz yolunu seçməlidir. Mən öz yolumu seçdim, çox minnətdaram ki, dövlət də bunu qiymətləndirdi. Mənə orden də verdilər, hörmət də göstərirlər. Sərbəst vətəndaş kimi indiki hörmətim əvvəlkindən heç də az deyil.
- İctimai-siyasi proseslərdə o qədər də fəal iştirak etmirsiniz...
- Niyə ki?.. Yenə də Azərbaycana xidmət edirəm, ömrümün axırına qədər də edəcəyəm.
- Oğlunuz Aydın Abbasovun həm millət vəkili, həm də Güləş Federasiyasının vitse-prezidenti kimi fəaliyyətindən razısınızmı?
- Hər bir ata, valideyn övladına məsləhət də verir, yol da göstərir. O da atası kimi xalqına, dövlətinə xidmət etməlidir. Federasiyanın vitse-prezidenti kimi yarışı izləyir. Öz tərəfindən hansı köməklik lazım olsa, edir və etməlidir. Bu, vətənini sevən hər kəsin borcudur, bunu hamı etməlidir. Mən bu gün gedib öz işimlə məşğul olardım. Çünki artıq federasiya prezidenti deyiləm, amma bir həftə ərzində dünya çempionatında yaxından iştirak etmək vətəndaşlıq borcumdur, mən bunu etməliyəm.
- Bir ara adınız mafioz qruplarla hallandırıldı...
- Bunlar məni gözü götürməyənlərin işidir. Görünür, kiminsə marağı var. Bu həyatdır. Hamı üçün yaxşı ola bilməz ki... Hətta mənim belə uğurla istefaya getməyimə paxıllıq edənlər də oldu. Yəni, necə oldu ki, birdən-birə Abbas Abbasov istefaya getdi, özü də bu qədər hörmətlə... Bunların hamısı təbiidir, mənim məsləyim xalqıma, dövlətimə xidmət etməkdir.
- Sizin daha çox dağıstanlılarla belə əlaqələrinizin olduğu söylənilirdi...
- Mənim bütün dünya ilə əlaqələrim var. Bu gün də var, sabah da olacaq, ömrümün axırınadək də... İnsan insanla əlaqəli yaşamalıdır, ünsiyyətcil olmalıdır.
- Sizi istəməyənlər kimlər idi?
- Bayaq qeyd etdiyim kimi, hər bir insanı istəməyənlər ola bilər. İnsanlarda paxıllıq hissi var. Məni istəməyənlər qəzetlərdə yazı yazdıranlardır. Qəzetlərdə də məqalələrin necə, hansı yolla yazıldığını Siz məndən yaxşı bilirsiniz. Dövlət qəzeti mənim haqda pis şey yazmır ki... Yazanların hamısı müxalifət qəzetidir. Amma düzünü yazmaq lazımdır. Bir fakt təsdiqlənirsə, yazmaq olar. Məhkəmə qərar çıxarmadan ləkələmək, iftira atmaq, nalayiq sözlər yazmağa ehtiyac yoxdur.
- Yeri gəlmişkən, jurnalistlərin həbsinə münasibətiniz necədir?
- Vallah, mənim bu barədə məlumatım yoxdur. Heç yerə baxmağa vaxtım olmur.
- Bəs qəzetlərdə barənizdə yazılanlardan necə xəbər tutursunuz?
- Aralıq söhbətlərindən. Dost-tanış zəng edib deyir ki, səndən pis şey yazmışdılar. Deyirəm ki, nə yazılmışdı? Onda yazının məzmununu deyirlər. Mənim reaksiyam belə olur: yazırlar, yazsınlar də...
- Sizin istefanızı parlament seçkiləri öncəsi baş verən dövlət çevrilişi ilə də əlaqələndirdilər...
- Mən hesab edirəm ki, siyasətdəki insanın şəxsi ambisiyaları onun başından yuxarı ola bilməz, olmamalıdır. Dövlətin siyasətinə və xalqın istəyinə xidmət etməlisən. Qayda-qanun, dövlət, dövlətçilik, Konstitusiya var. Xidmət etdiyim 15 illik dövrlə bağlı heç kim mənə qarşı hansısa iddia irəli sürə bilməz. Nə rüşvətxorluq, nə də qarət iddiası ilə çıxış edə bilərlər. Mən sərbəst Azərbaycan vətəndaşı kimi yaşamışam. İndi də sərbəst yaşayıram.
- Deyəsən, daha çox Moskvada yaşamağa üstünlük verirsiniz...
- Yox, Azərbaycandayam. Niyə Rusiyada yaşamalıyam ki? Amma ümumi götürsək, Rusiyada da oluram, Fransa, İtaliya, İspaniyada da yaşayıram. Harada istəyirəm, orda da yaşayıram.
- Yəni, sadaladığınız dövlətlərdə eviniz var?
- Yox, mehmanxanalar nə üçündür? Gəzməyə gedirəmsə, mehmanxanalarda yaşamalıyam.
- Amma uzun müddət yüksək vəzifələrdə çalışmış bir şəxsin hansısa xarici ölkədə evinin olması indi təbii qəbul olunur...
- Görünür, mənə qismət olmayıb. Bir də ki, düzgün fikir deyil. Mən ölkəmə, xalqıma xidmət etmişəm, qarətlə məşğul olmamışam. Kim qarətlə məşğul olubsa, onun hər məmləkətdə, dövlətdə evi ola bilər. Amma mənim elə imkanım yoxdur. İmkanlarım məhduddur.
- Azərbaycanda aparılan hazırkı siyasətlə bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, hökumətimiz çox normal fəaliyyət göstərir. Artıq üçüncü ildir ki, ölkədə ümumi daxili məhsulun həcmi 35 faizdən aşağı düşmür. Heç bir ölkədə belə artım yoxdur. Bu isə hökumətin düzgün istiqamətdə fəaliyyət göstərdiyini, iqtisadi əlaqələr yaradıldığını, inteqrasiya siyasətinin uğurla aparıldığını göstərir. Buna görə də əlavə şərhlərə, ləkə atmağa, böhtana ehtiyac yoxdur. Mən bir ağsaqqal kimi deyirəm, bizim bircə düşmənimiz var, o da torpaqlarımızı zəbt edən Ermənistandır. Hər bir qeyrətli, namuslu insan bu problemlə məşğul olmalıdır. Heç kimin gözündə tük axtarmaq, ləkə aramaq lazım deyil. Millət gərək bir yumruq kimi birləşsin. Bunu elə-belə, populizm üçün demirəm. Mən həqiqətən də belə yaşamışam. Siz elə bilirsiniz ki, mən müxalifət kimi çıxış edəcəyəm? Heç vaxt xalqıma, dövlətimə müxalif olmayacağam. Nədənsə xoşum gəlmirsə, onu da açıq deyəcəyəm. Bu gün hər şeydən razıyam. Həyatımdan da razıyam, dövlətimdən də, millətimdən də... Heç bir problemim yoxdur. Özümə qarşı da həmişə hörmət, qayğı görürəm. Bundan artıq insana nə lazımdır? Heç bir iddiam da yoxdur.
- Uzun müddət Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ilə əlaqələrinin qurulmasına məsul şəxs olmusunuz. Rusiya ilə Azərbaycanın hazırkı münasibətlərini necə qiymətləndirirsiniz?
- Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Orada yaşayan soydaşlarımıza heç bir maneə, problem yaradılmır. Sadəcə, yaşadıqları ölkənin qanunlarına riayət edilməsi tələb olunur. Rusiyada bir azərbaycanlının belə alçaldılıb, şəxsiyyətinə toxunularaq, qovulması faktı yoxdur. Bəzi qüvvələr belə halların baş verməsini istəyir. Amma olmayacaq, çünki dövlətin siyasəti düzgün istiqamətdədir. Gürcüstan və Rusiya rəhbərlikləri arasında münasibətlər normal olmadığından gürcülərə qarşı kəskin davranış var. Amma Azərbaycan rəhbərliyi ilə Rusiya arasında normal münasibətlər mövcuddur.
- Məgər dövlətlərarası əlaqələr şəxsi münasibətlərdən asılıdır?
- Bəli, bütün məsələlər dövlət siyasətindən öncə şəxsi münasibətdən irəli gəlir. Sizin məndən xoşunuz gəlməsə, mənimlə əlaqə yaratmazsınız ki... /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək