Bank Of Baku

Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyasının qurultayı yaxın 3 ay ərzində keçiriləcək

Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyasının qurultayı yaxın 3 ay ərzində keçiriləcək
# 25 sentyabr 2007 08:09 (UTC +04:00)
Rauf Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının (AKP) qurultayı yaxın 3 ay ərzində keçiriləcək. AKP Təşkilat Komitəsinin sədri Rauf Qurbanov APA-ya bildirib ki, bununla bağlı hazırlıq işlərinə başlanıb. O, qurultaydan sonra toplantının protokolunun Ədliyyə Nazirliyinə göndəriləcəyini də qeyd edib: “Xahiş ediləcək ki, Azərbaycan Kommunist Partiyasında baş verənlərə aydınlıq gətirilməsi üçün zəruri qərar qəbul edilsin və saxtakarlıq edənlərin əlindən hüquqi sənədlər alınsın”. R. Qurbanovun sözlərinə görə, əks təqdirdə, R. Şahsuvarov və onun tərəfdarları barədə məhkəməyə müraciət ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR