Bank Of Baku

Oktyabrın 2-də Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Oktyabrın 2-də Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gələcək
# 25 sentyabr 2007 09:41 (UTC +04:00)
Bu barədə APA-ya Xorvatiyanın Türkiyədəki səfirinin müavini İqor Pelovşek məlumat verib. O bildirib ki, hazırda səfər proqramı dəqiqləşdirilir. S. Mesiç Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək, daha sonra isə geniş formatda danışıqlar olacaq. O, Azərbaycanın baş naziri və Milli Məclisin sədri ilə də görüşəcək. Səfər zamanı əsas müzakirə mövzuları Xorvatiyada Azərbaycan səfirliyinin, Azərbaycanda isə Xorvatiya Baş Konsulluğunun açılması, enerji sahəsində əməkdaşlıq və hökumətlərarası komissiyanın yaradılması məsələləri olacaq. S. Mesiçi böyük nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyətində rəsmi şəxslərlə bərabər enerji, tikinti, yeyinti sənayesi, əczaçılıq və infrastruktur sahəsində çalışan sahibkarlar da təmsil olunacaq. Səfər zamanı biznes-forumun keçirilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR