Bank Of Baku

Demokratiya Uğrunda İttifaq IV Qarabağ Forumu keçirib

Demokratiya Uğrunda İttifaq IV Qarabağ Forumu keçirib
# 25 sentyabr 2007 11:39 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaq (DUİ) bu gün IV Qarabağ Forumunu keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların təmsilçiləri, QHT və diplomatik korpusun nümayəndələri iştirak ediblər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, onlar bu forumu hər ay keçirmək niyyətindədirlər. Forumun işçi qrupunun Qarabağ probleminin həlli ilə bağlı layihə hazırladığını bildirən M. Mirəlioğlu sənəddə torpaqların antiterror əməliyyatları nəticəsində azad olunmasının nəzərdə tutulduğunu qeyd edib. Layihədə beynəlxalq aləmin dəstəyinin qazanılması məqsədi ilə Dağlıq Qarabağı separatçılardan təmizləmək üçün antiterror əməliyyatlarının başlanılması təklif olunur. Azadlıq Partiyasının sədri Əhməd Oruc Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etmək imkanının günü-gündən azaldığını qeyd edib. Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinin vacib olduğunu deyib. O, həmçinin, münaqişənin adının “Ermənistan-Azərbaycan-Dağlıq Qaraba𔝠adlandırılmasından imtina etməyi təklif edib. Millət vəkili İlyas İsmayılov isə ATƏT-in Qarabağ problemini həll etmək iqtidarında olmadığını deyib. Onun sözlərinə görə, bu təşkilatın qəbul etdiyi qərarlar tövsiyə xarakterlidir və heç bir hüquqi qüvvəsi yoxdur. QHT təmsilçisi Mais Güləliyev hazırlanmış sənəddə Azərbaycanda ilk dəfə olaraq münaqişənin etnik, milli, dini münaqişə olmadığı faktının öz əksini tapmasını müsbət qiymətləndirib. ALP-nin sədr əvəzi Əvəz Temirxan problemin həllinin Azərbaycandan asılı olduğunu, bir çoxlarının deputat mandatını Qarabağla səhv saldığını qeyd edib. Politoloq Mübariz Əhmədoğlu isə layihədə bir sıra qüsurların olduğunu vurğulayıb. Forumun sonunda irəli sürülən təklifləri də nəzərə almaqla layihənin müvafiq dövlət strukturlarına təqdim olunması qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR