Bank Of Baku

AMİP Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib

AMİP Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 25 sentyabr 2007 11:39 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı bu gün Səbayel rayon Məhkəməsinə müraciət edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, BŞİH vətəndaşların “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna zidd olaraq dəfələrlə AMİP-in piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. İddia ərazisində şəhər rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı müvafiq qərarın qəbul olunması xahiş edilib. Ə. Orucov AMİP-in müvəqqəti olaraq kütləvi aksiyalara qeyri-müəyyən müddətə kimi fasilə verdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR