Bank Of Baku

Elmar Məmmədyarov: “Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət statusu verilməsi mümkündür”

Elmar Məmmədyarov: “Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət statusu verilməsi mümkündür”
# 25 sentyabr 2007 11:40 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Kaliforniya arasında əməkdaşlığın yaranmasının müsbət addım olduğunu vurğulayıb, Los-Ancelesdə baş konsulluğumuzun bu yöndə fəaliyyətini yüksək qiymətləndirərək, xarici siyasətimizin prioritetləri barədə qonaqlara məlumat verib. Daha sonra uğurla həyata keçirilən enerji layihələri haqda danışan nazir ölkəmizdə qeyri-neft sektoruna, o cümlədən turizmin, nəqliyyatın, aqrobiznesin inkişafına, təhsilə sərmayənin qoyulmasına verilən əhəmiyyəti diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E. Məmmədyarov Dağlıq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara yüksək muxtariyyət statusu verilməsinin mümkünlüyünü qeyd edib. O, Kaliforniyada erməni diasporunun fəallığını vurğulayaraq, bu diasporun fəaliyyətinin destruktiv xarakter daşıdığını bildirib.
Öz növbəsində, nümayəndə heyətinin rəhbəri, xanım Şella Kuel Kaliforniyanın bir sıra idarələrinin, iş adamlarının, QHT-lərinin Azərbaycanla əlaqələr yaratdıqlarını deyib. Kaliforniyalı senatorlar ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləmək mövqeyinə tərəfdar olduqlarını, ərazi bütövlüyünün əsas konsepsiya kimi götürülməsinin vacibliyini vurğulayıblar. Tərəflər qarşılıqlı səfərlərin davam etdirilməsinin zəruriliyini də qeyd ediblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR