Bank Of Baku

Akif Nağı məhkəməyə müraciət etməyə hazırlaşır

Akif Nağı məhkəməyə müraciət etməyə hazırlaşır
# 25 sentyabr 2007 11:56 (UTC +04:00)
“İki həftədir QAT üzvlərinə qarşı polis təzyiqi artıb və baş verənlərə heç bir rəsmi şəxs tərəfindən aydınlıq gətirilmir”. APA-nın xəbərinə görə, bu sözləri keçirdiyi mətbuat konfransında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O, son iki həftə ərzində polis tərəfindən bir neçə dəfə saxlanıldığını bildirib: “Sentyabrın 5-də polis QAT-ın qərargahına daxil olaraq təşkilatın 10-a yaxın üzvünü idarəyə apardı. Bu hal sentyabrın 7-də təkrarlandı. QAT üzvləri və mən bir gün Nərimanov rayon Polis İdarəsində saxlanıldıq. Sentyabrın 17-də şəhərin müxtəlif yerlərində QAT üzvləri polis tərəfindən tutuldu. Həmin gün yaşadığım evdən çıxarkən mülki geyimli şəxslər məni yerə yıxaraq qolumu qandalladılar və naməlum istiqamətə apardılar. Bir neçə saatdan sonra məlum oldu ki, Xətai rayon Polis İdarəsindəyəm”. A. Nağı həmin gün axşam saatlarında sərbəst buraxıldığını, lakin sentyabrın 18-dən 23-nə qədər evdən çıxmasına imkan verilmədiyini söyləyib: “Heç bir məhkəmə qərarı olmadan hərəkətim məhdudlaşdırıldı”. O, bununla bağlı məhkəmə instansiyalarına müraciət etməyi düşündüyünü açıqlayıb: “Azərbaycan qanunları və ölkənin qoşulduğu beynəlxalq konvensiyalar kobudcasına pozulub. Təşkilatımızın hüquqşünasları bəzi məsələlərlə bağlı dəqiqləşmələr aparır. Bu iş yekunlaşandan sonra məhkəməyə müraciət edə bilərik”. A. Nağı müxalifət düşərgəsində təmsil olunan partiyaları və ictimai təşkilatları da ittiham edib. Onun sözlərinə görə, müxalifət partiyaları və hüquq müdafiəçiləri ona qarşı münasibətin müqabilində adekvat addım atmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR