Bank Of Baku

“Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunacaq

“Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunacaq
# 25 sentyabr 2007 12:03 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib. Tədbirdə dünyanın 4 qitəsində fəaliyyət göstərən partiyaların iştirak edəcəyini bildirən M. Qurbanlının fikrincə, bu, partiyalar arasında əlaqələrin qurulması, qarşılıqlı müzakirələrin keçirilməsi baxımından əhəmiyyətli bir tədbir olacaq. Millət vəkili konfransda sivilizasiyalararası dialoq üzrə tanınmış mütəxəssislər tərəfindən 5 məruzənin səslənəcəyini, bütün nümayəndə heyətlərinin rəhbərlərinin çıxış edəcəyini və sonda Bakı Bəyannaməsinin qəbul olunacağını qeyd edib: “Bu gün sivilizasiyalar arasında gərginlik var. Müəyyən dairələr isə bu gərginlikləri daha da artırmağa çalışırlar. Ona görə də belə bir tədbirin keçirilməsi sivilizasiyalar arasında körpü ola bilər. Qəbul olunacaq bəyannamədə bu kimi tədbirlərin davam etdirilməsi də nəzərdə tutulacaq”. M. Qurbanlı xarici ölkələrlə bərabər Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların da tədbirə dəvət edildiyini bildirib: “Biz bütün partiyalara dəvətnamə göndərmişik. Amma onların hansının tədbirə qatılacağını bilmirik”. Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək konfransda 20 ölkədən 40-a yaxın partiyanın nümayəndələri iştirak edəcək. Bunlar ABŞ, Türkiyə, Yaponiya, Hindistan, Çin, Almaniya, Fransa, Böyük Britaniya, İran və digər ölkələrdə fəaliyyət göstərən partiyalardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR